İŞİD liderinin yoldaşı və uşaqları ilə yanaşı bir də bacısı var.
İraq və Şam İslam Dövləti qruplaşmasının (İŞİD) özünü xəlifə elan edən lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı və uşaqlarının fotosu yayımlanıb.
ANS PRESS-in məlumatına görə, Bağdadinin xanımı Soca Həmid Diləmə və uşaqlarının Suriya rejimi tərəfindən həbsxanalardan sərbəst buraxılan 150 qadın arasında olduğu güman edilir.
Məlumatlara görə, İŞİD liderinin yoldaşı və uşaqları ilə yanaşı bir də bacısı var.
Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşqin Malula bölgəsində ötən ilin dekabr ayında Əl Nusra Cəbhəsi tərəfindən 12 rahibə qaçırılıb. Həmin rahibələr sonradan Livan təhlükəsizlik qüvvələri tərəfindən Suriya-Livan sərhədində geri qaytarılmışdı. Rahibələrin geri təslim alınması qarşılığında isə Suriya həbsxanalarından 150-dən çox qadın məhbus azad edilib. Bağdadinin həyat yoldaşı, uşaqlarının və bacısının həmin azad edilənlər arasında olduğu iddia edilir.