İŞİD ilə ölüm qalım savaşı
18 Oktyabr 2014 Şənbə 10:45
İŞİD Əl-Ənbar vilayətinin 85 faizini işğal edib. İraq ordusu terror qruplaşmasının Bağdada gedən yolunu kəsib.
İŞİD Əl-Ənbar vilayətinin 85 faizini işğal edib.

ANS TV-nin məlumatına görə, silahlılar Ramadi şəhərini tutmağa cəhd etsələr də, İraq hərbçiləri hücumun qarşısını ala biliblər. İŞİD hazırda əsas qüvvələrini Fəluca şəhərində cəmləşdirib. Bu şəhər hökümət qoşunlarının sonuncu istinadgahı sayılır. Fəlucə işğal edilərsə, İŞİD-in Bağdada aparan yolu açılacaq. İraq ordusu əsas gücünü paytaxtı qorumağa sərf edir. İraq ordusu reaktiv raket sistemlərini nümayiş etdirib.

Suriya-Türkiyə sərhədində kürd özünümüdafiə qüvvələri iki stratji məntəqəni İŞİD-dən geri alıb. İŞİD qruplaşması hələ də Kobani şəhərinin yarısını nəzarətində saxlayır.

Pentaqon rəsmisi kontr- admiral Con Kirbi “Özünəməxsus Həll Yolu” adlandırılan hərbi əməliyyatlara baxmayaraq Kobani şəhərinin İŞİD-in əlinə keçmə ehtimalının yüksək olduğunu deyib.

Son 2 gündə Suriyanın Kobani şəhərinə 40-a yaxın avtiazərbə endirili. Bunun nəticəsində də xeyli sayda İŞİD döyüşçüsü məhv edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar