İŞİD girov götürdüyü 49 türk girovu azad edib
20 Sentyabr 2014 Şənbə 10:31
İŞİD girov götürdüyü 49 girovu Türkiyə vaxtı ilə saat 5:00-da (Bakı vaxtı ilə 07.00) Türkiyəyə qaytarıb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu, İŞİD-in girov götürdüyü 49 girovun Türkiyə vaxtı ilə saat 5:00-da (Bakı vaxtı ilə 07.00) Türkiyəyə qaytarıldığını bildirib.

ANS PRESS-in məlumatına görə, Davudoğlu, səhərə yaxın verdiyi şərhdə bunları bildirib: “Gecə yarısı girovlarla ilk təmas təmin edilib və saat 05:00-a kimi də Türkiyəyə gətiriliblər. Artıq prezidentə də lazımi məlumat vermişik. Mən də buradan (Azərbaycandan) 49 vətəndaşımız ilə görüşmək üçün Şanlıurfaya gedəcəyəm”.

Baş nazir girovların sağlamlığına toxunaraq: “Sağlamlıq Vəziyyətləri yaxşıdır. Başda, Kəşfiyyat təşkilatımıza, medyamıza və bütün vətəndaşlarımıza təşəkkür edirəm. Böyük keçmiş olsun”.

Xəbərin ayrıntıları ilə əlaqədar ANS PRESS-i izləməyə davam edin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar