İŞİD-dən qaçıb, suzuzluqdan öldülər
08 Avqust 2014 Cümə 10:45
İŞİD terror qruplaşmasının nəzarəti altına keçən Mosulun Sincar rayonunda zülmlərdən qaçan yezidilərin 68-i dünyasını dəyişib.
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının nəzarəti altına keçən Mosulun Sincar rayonunda zülmlərdən canlarını xilas etmək üçün dağa sığınan yezidilərin 68-i dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, bölgə sakinlərindən Ali Sincari “AA”nın müxbirinə verdiyi açıqlamada 68 nəfərin ölməsinə səbəb bölgədəki isti hava şəraiti və susuzluq olduğu deyilir.

Bölgə sakini onu da bildirib ki, qaçanlardan bəziləri Suriya sərhədindən ölkəni tərk ediblər, ölənlər isə Sincar dağının şimal ətəklərində kütləvi şəkildə basdırılıblar.

Xatırladaq ki, İŞİD silahlıları avqustun 3-də kürdlərin “Şenqal” olaraq adlandırdığı Sincar rayonuna təşkil etdiyi hücum nəticəsində, rayonu peşmərgələrdən ala bilib. Peşmərgələrin geri çəkilmək məcburiyyətində qaldığı bölgədə yaşayan on minlərlə insan Duhok və Ərbilə sığınıb. Kənlilər və qaçmağa minik vasitəsi olmayanlar isə dağlara qaçmalı olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar