İŞİD daha bir müsəlman ölkəsinə girdi
14 Noyabr 2014 Cümə 09:08
İŞİD daha bir müsəlman ölkəsinə hücuma keçdi. Terrorçular yolda barrikada quraraq 3 əsgər və 2 polis öldürüb.
İŞİD daha bir müsəlman ölkəsinə hücuma keçdi.

ANS PRESS-in məlumatına görə, terror qruplaşmasının yaraqlılarının Misirdə etdiyi iki hücum nəticəsində 3 əsgər və 2 polis öldürülüb.

Misir hökümətindən verilən açıqlamada bildirilir ki, Sina Yarımadasında İŞİD yaraqlıları tərəfindən reallaşdırılan iki hücumda 3 əsgər və 2 polis öldürülüb. Belə ki, hər iki hücumda da İŞİD yolda barrikada quraraq polis və hərbi maşını saxlayaraq maşında olanları güllələyib. Hücumlar Şeyx Zuveid və Rifah şəhərində həyata keçirilib.

Qeyd edək ki, Misirdə ötən ay orduya aid bir nəzarət mərkəzinə hücum edilməsi nəticəsində Sina yarımadasının şimalında fövqəladə vəziyyət elan edilmişdi. Həmin hücumda 31 əsgər həyatını itirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar