İŞİD çox sayda kürdü öldürdü
08 Sentyabr 2014 Bazar Ertəsi 09:09
İŞİD terror qruplaşması agent olmaqda ittiham etdiyi kürd üzvlərini güllələməyə başlayıb.
ABŞ və kürd silahlıların hücumları ilə Mosula doğru geri çəkilən İŞİD terror qruplaşması agent olmaqda ittiham etdiyi kürd üzvlərini güllələməyə başlayıb. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı Kürdüstan administrasiyası Dini İşlər nazirliyinin sözçüsü Merivan Nəqşibəndi yayıb. Nəqşibəndi, 2014-cü ilin ilk 8 ayında 100-ə yaxın kürdün İŞİD-ə qoşulduğunu, bu barədə heç bir araşdırma aparılmadığını və rəsmi açıqlama olmadığını deyib.
“Basnews” xəbər mərkəzinə məlumat verən Nəqşibəndi İŞİD-in xüsusilə Kürdüstan bölgəsindən həyata keçirilən hücumlardan sonra öz arasında olan kürdlərə şübhə ilə yanaşdığını, keçən həftə 13, bu həftə 18 kürdü güllələdiyini bildirib.
İŞİD-in kürdləri öldürməyə davam etdiyini deyən Nəqşibəndi terror təşkilatının kürdlərə birlikdə gəzməyi və öz aralarında kürdcə danışmağı yasaqladığını bildirib.
DOSTLARINLA PAYLAŞ: