İŞİD 500 nəfəri öldürüb, 500 qadını qaçırıb
06 Avqust 2014 Çərşənbə 10:37
İŞİD terror qruplaşması 500 nəfəri öldürüb. Terrorçular 500 qadını da əsir götürüblər.
İraq Şam İslam Dövləti terror qruplaşması 500 nəfəri öldürüb. ANS PRESS-in məlumatına görə, terrorçular 500 qadını əsir götürüblər.
Bunu İraq parlamentinin Kürdüstan Yurtsevərlər Birliyinin yezidi millət vəzkili Feyyan Dahil deyib. Onun sözlərinə görə, İŞİD Mosulun Sincar rayonunda 500 yezidi öldürüb. "Əsir götürülən qadınlar Təlafara yaxın ərazilərə aparılıblar.
Bölgədəki pis şəraitlə bağlı 70 uşaq və qadın olmaqla 100 nəfər ölüb".
Qeyd edək ki, “İraqi Media Net”ə açılama verən İraq Alimlər Birliyi sədri Xalidəl-Molla İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına dəstək olan ölkələr barədə danışıb.
Əl-Molla bildirib ki, Səudiyyə Ərəbistanı, Misir, Tunis, Əlcəzair, Mərakeş və Liviya hökuməti İŞİD-in terror fəaliyyətlərini həyata keçirməsində kömək edərək, onalara himayədarlıq edir.
DOSTLARINLA PAYLAŞ: