İşdən çıxarılan polis əməkdaşı 25 turisti girov götürüb
23 Avqust 2010 Bazar Ertəsi 12:35
İşdən çıxarılan polis işə bərpa olunmasını tələb edir.
Filippinin paytaxtı Manilada qəribə hadisə baş verib. İşdən çıxarılan polis avtomatla silahlanaraq, içərisində 25 sərnişin olan avtobusu girov götürüb.

İlkin məlumatlara görə, avtobusun sərnişinləri şəhər turuna çıxmış çinli turistlərdir. Keçmiş polis əməkdaşı yenidən işə bərpa olunmasını tələb edib. O, sonradan 3-ü uşaq olmaqla, 6 girovu azad edib. Polis əməkdaşları avtobusu mühasirəyə alaraq, girovların azad edilməsi üçün danışıqlar aparır.

Yerli mənbələrin yaydığı məlumata görə, keçmiş baş müfəttiş Rolando Mendoza 1 il bundan əvvəl işdən çıxarılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar