İşə çıxdığı ilk gündə ABŞ-ın dövlət katibinə qəribə hədiyyə verilib
ABŞ-ın dövlət katibi Hillari Klinton səhhəti ilə bağlı uzunmüddətli məzuniyyətdən sonra işə çıxıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, işçiləri onu böyük şövqlə qarşılayıblar və xaım dövlət katibinə Amerika futbolu oyunçularının qoruyucu şlemindən hədiyyə ediblər. Dövlət Departamentinin əməkdaşları öz rəhbərlərini alqışlarla qarşılayıblar.
Hillari Klintona qoruyucu şlemi verən əməkdaşlar deyiblər ki, diplomatiya da “təmas idmanı”dır. Hillari Klintona adı və 112 nömrəsi yazılan futbolka da hədiyyə edilib. Bu rəqəm dövlət katibinin səlahiyyət dövründə səfər etdiyi ölkələrin sayıdır.