İrlandiyadakı prezident seçkilərində şair qalib gəlir
29 Oktyabr 2011 Şənbə 03:47
Rəqibi Maykl Di Higginsi təbrik edib.
İrlandiyada keçirilən prezident seçkilərində, ilkin məlumatlara görə, 70 yaşlı şair, keçmiş mədəniyyət naziri Maykl Di Higgins qalib gəlib.
Səslər hesablandıqdan sonra məlum olub ki, keçmiş nazirə seçicilərin 43 faizi səs verib. Onun rəqibi - müstəqil namizəd, iş adamı Şon Qallaxer səslərin 23 faizini toplayıb və məğlubiyyətini etiraf edib. O, Maykl Di Higginsi qələbə münasibətilə təbrik edib.
İrlandiyada prezident seçkiləri cümə axşamı keçirilib.
İrlandiyanın hazırkı prezidenti Meri Makelis dövlət başçısı kürsüsündə yeddi keçirdikdən sonra istefaya gedir.
DOSTLARINLA PAYLAŞ: