İrlandiya Air Lingus aviaşirkətinə məxsus təyyarəni Dublin aeroportundan havaya qalxarkən ildırım vurub. ANS PRESS-in "Gazeta.ru"ya istinadən yaydığı məlumata görə, hadisə hava limanından təqribən iki kilometr aralıqda baş verib.
A320 təyyarəsini ildırım vurduqdan sonra pilot geri aeroporta dönmək qərarına gəlib.
Layner uçuşdan 23 dəqiqə sonra yerə enib. Heyət üzvləri və sərnişinlər arasında zərərçəkən yoxdur. /ANS PRESS/