Şimali İrlandiyada kiçik ölçülü təyyarə qəzaya uğrayıb. "France Press"in məlumatına görə, təyyarədə olan üç nəfər ölüb. İlkin məlumata görə, ölənlərdən biri yerli biznesmendir. Onun motosiklet yarışları keçirilən Men şəhərindən qayıtdığı bildirilir.
Təyyarə Kilkil şəhəri yaxınlığında qəzaya uğrayaraq yerə düşüb, daha sonra yanmağa başlayıb. Qəzanın səbəbləri araşdırılır. /ANS PRESS/