İrlandiyada eynicinsli şəxslərin evliliyinə icazə veriləcək
06 Noyabr 2013 Çərşənbə 10:59
Məsələnin reallaşması üçün ölkə konstitusiyasında bəzi düzəlişlərin edilməsi mütləqdir.
2015-ci ilin birinci yarısında İrlandiya geylərin izdivaclarına icazə verəcək referendum keçiriləcək. Hökümət kişi cinsli evliliklərin qanuniləşdirilməsi üçün bütün səylərini səfərbər edəcəyini bəyan edib.

ANS PRESS-in BBC-yə istinadən verilən məlumata görə, sözügedən məsələnin reallaşması üçün İrandiya konstitusiyasında bəzi düzəlişlərin edilməsi mütləqdir. İrlandların 75%-i qeylərin bir-biri ilə ailə qurması tərəfdarıdır.

Xatırladaq ki, İrlandiya höküməti 2011-ci ildən bəri həmcinslərin vətəndaş evliliklərinə etiraz etmir. Ancaq ənənəvi olmayan evliliklərə hələ də rəsmi icazə yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar