İrəvanın mərkəzində toqquşma
22 Fevral 2013 Cümə 15:30
Polis əməkdaşları nümayişçilərdən ATƏT-in demokratiya institutları və insan haqları bürosunun yerli ofisinin qarşısını tərk etməyi tələb etsə də onlar buna əmələ etmək istəməyiblər.
Bu gün İrəvanın mərkəzi küçələrindən birində polis əməkdaşları ilə seçkinin nəticələrinə görə etiraz mitinqinə çıxmış müxalifət təmsilçiləri arasında toquşma baş verib.

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, ATƏT-in demokratiya institutları və insan haqları bürosunun yerli ofisinin qarşısında keçirilən aksiya iştiraçıları bildiriblər ki, Ermənistanda prezident seçkiləri beynəlxalq standartlara uyğun gəlməyib və qeydə alınmış pozuntular nəticələrə təsir göstərə bilməyib.

"Novosti-Armeniya" agentliyinin məlumatına görə, polis əməkdaşları nümayişçilərdən ATƏT-in demokratiya institutları və insan haqları bürosunun yerli ofisinin qarşısını tərk etməyi tələb edib, amma onlar buna əmələ etmək istəməyiblər. Bundan sonra toqquşma baş verib. Hazırda polis əməkdaşları fəalları binadan 100-200 metr aralaya bilib. Aksiya iştirakçıları isə "Amot" (Ar olsun!) deyə qışqırırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar