İrəvandan uçan təyyarə məcburi eniş etdi
07 İyul 2014 Bazar Ertəsi 14:52
İrəvandan Rostov-na-Donuya uçan sərnişin təyyarəsinin niyə məcburi eniş etdiyi barədə məlumat verilmir.
İrəvandan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi ötən gecə qəfildən istiqamətini dəyişib.
ANS PRESS-in məlumatına görə, Rusiyanın “Utair” şirkətinə məxsus sərnişin təyyarəsi Minvod hava limanında məcburi eniş edib. Sərnişinlər təşvişə düşüb.
Təyyarə 23:10-da Rostov-na-Donuya çatmalıydı. Lakin naməlum səbəblərdən təyyarə Minvod aeroportuna eniş edib. Sərnişinlər təyyarədən təxliyyə edilib. Onların əksəriyyəti təcili yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər. Bir müddət sonra sərnişin təyyarəsi yoluna davam edib.
İrəvandan Rostov-na-Donuya uçan sərnişin təyyarəsinin niyə məcburi eniş etdiyi barədə məlumat verilmir.
DOSTLARINLA PAYLAŞ: