İrəvanda Türkiyə bayrağı yandırıldı
24 Aprel 2011 Bazar 04:48
Erməni gənclər bayrağın alovu ilə məşəlləri alışdırıblar.
Ötən axşam İrəvanda qondarma “erməni soyqırımı” iddialarının ildönümü ilə bağlı mitinq və məşəl yürüşü keçirilib. Ermənistan mətbuatının məlumatına görə, minlərlə adam bayraq və şüarlarla İrəvannın mərkəzinə toplaşıb. Onlar “soyqırımı” abidəsinə yollanıblar və bütün gecəni orada keçirəcəklər.

Erməni gənclər yürüşdən əvvəl Türkiyə bayrağını yandırıblar və bayrağın alovu ilə məşəlləri alışdırıblar.

Yürüq iştirakçıları qarşısında çıxış edən “Daşnaksütyun” partiyasının büro üzvü Vaan Ovannisyan bildirib ki, məşəl yürüşü erməni xalqının həmrəylik simvoludur. “Bizə türklərin saxta üzrxahlığı lazım deyil”, - deyən daşnak liderin sözlərinə görə, Türkiyə itkiləri kompensasiya etməlidir və ədalət bərpa olunmalıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar