İrəvanda silahlı insident baş verib
30 Yanvar 2010 Şənbə 23:50
Hadisə nəticəsində iki qadın və bir kişi ölüb
Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb. “Açapnyak” erməni icmasında baş verən hadisədən sonra 40 və 60 yaşlarında iki qadın və 45 yaşında bir kişi cəsədi aşkar olunub.

NEWS.am saytının verdiyi məlumata görə, hadisə təqribən 17:00 radələrində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, üç atəş səsi eşidilib. İlkin olaraq, əvvəlcə qadınlara atəş açan şəxsin daha sonra özünü öldürməsi ehtimal olunur.

Hazırda hadisə yerində istintaq qrupunun işlədiyi barədə məlumat verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar