İrəvanda Sarkisyanın şəkli yandırılıb
24 Sentyabr 2011 Şənbə 20:50
Ermənistan müxalifəti növbəti etiraz aksiyasını keçirib.
Ermənistan prezidenti Serj Sarkisyanın BMT tribunasında çıxış etdiyi ərəfədə Sarkisyanın ölkəsində müxalifət növbəti aksiyalara başlayıb.
Ernəni milli konqresinin İrəvanın “Azadlıq” meydanında təşkil etdiyi mitinqdə etirazçılar ilin sonuna kimi növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini, buna qədər isə Seçki Məcəlləsinə dəyişikliklərin edilməsini, yaxın 3 ay ərzində 2008-ci ilin 1 mart iğtişaşları zamanı baş vermiş ölüm faktlarının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edərək, Sarkisyanın şəklinə od vurublar.
Növbəti mitinqin setyabrın 30-da keçiriləcəyi də elan edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: