İrəvanda Rusiyaya birləşmək mitinqi
05 May 2014 Bazar Ertəsi 20:56
Ermənistanda rəsmi opponentləri olmayan Rusiya bütöv bir xalqı ələ keçirib ki, bu, bəzən nifrətə çevrilən küt narazılığa səbəb olub.
İrəvanda keçirilən 1 may mitinqi əslində Rusiyaya birləşmək mitinqi olub.
ANS PRESS-in məlumatına görə, yüzlərlə insan küçəyə çıxaraq “Biz Putinin tərəfdarıyıq” plakatları qaldırıblar. Onların səsləndirdiyi şüarlarda vurğulanıb ki, Ermənistanın müstəqilliyi heç kimə lazım deyil və Ermənistan Rusiyanın bir hissəsi olmalıdır.
Mitinqdə jurnalistlər də olub, lakin onlar utandıqlarından öz işlədikləri media qurumlarında bu barədə məlumat yerləşdirməyiblər. “Özləri, öz ölkələri, tamaşaçıları və oxucuları qarşısında utanıblar… İndi Rusiya ilə Ermənistanın münasibətlərində maraqlı vəziyyət formalaşıb. Hakimiyyətin oyuncaq olmasına baxmayaraq, müxalifətdə də, əsas KİV-lərdə də Rusiyanın ünvanına tənqid yoxdur. Amma hər bir adamın - siyasətçinin, jurnalistin qəlbində adi insani utanc, sırtıqlığa və satqınlığa küt bir etiraz böyüyür. Ermənistanda rəsmi opponentləri olmayan Rusiya bütöv bir xalqı ələ keçirib ki, bu, bəzən nifrətə çevrilən küt narazılığa səbəb olub”, - deyə erməni şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: