İrəvanda qara geyimli şəxslər peyda olub
17 Avqust 2010 Çərşənbə Axşamı 16:00
Ermənistan paytaxtında Rusiya prezidentinin səfərinə hazırlıq görülür.
Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfərinin vaxtı dəqiqləşəndən sonra İrəvanın mərkəzində qara geyimli şəxslər xüsusi təhlükəsizlik tədbirləri həyata keçirir. Həmin şəxslər hündürmərtəbəli binalara çıxıb, küçələri izləyərək, müxtəlif şəkillər çəkir. Hətta küçələrdə içkilərin saxlanıldığı soyuducuların da yığışdırılması haqqında göstəriş verilib.
Ermənistan kütləvi informasiya vasitələrinin prezident Sarkisyanın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Medvedevin avqustun 19-da İrəvana baş tutacaq səfəri çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığı əks etdirəcək bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Daha sonra hər iki prezident KTMT-yə daxil olan dövlətlərin rəhbərlərinin avqustun 20-22-də keçiriləcək qeyri-rəsmi sammitinə qatılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: