İrəvanda növbədənkənar seçki tələbilə mitinq keçirilib
10 Sentyabr 2011 Şənbə 00:55
Levon Ter-Petrosyan Serj Sarkisyan hakimiyyəti qarşısında şərt qoydu
Ermənistanın paytaxtı İrəvanda növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə mitinq olub. Məlumatı “Associated Press” agentliyi yayıb. Eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyada 5000-dən çox adam iştirak edib.

Mitinqdə həbsdə olan müxalifət fəallarının azadlığa buraxılması tələb edilib. Levon Ter-Petrosyan bəyan edib ki, əgər tələbləri yerinə yetirilməsə, hakimiyyət müxalifətlə dialoqa getməyəcək.

Xatırladaq ki, 2008-ci ildə keçirilmiş seçkidən sonra məğlub elan edilmiş Levon Ter-Petrosyanın tərəfdarları seçkilərin saxtalaşdırılması əleyhinə etiraz aksiyası keçiriblər. Həmin vaxt polislə nümayişçilər arasında baş vermiş toqquşmada 10 nəfər ölmüş, 250 adam yaralanmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar