İrəvanda mitinq qorxusu
01 Mart 2011 Çərşənbə Axşamı 15:21
Polis respublika sakinlərini paytaxta buraxmamaq üçün əlindən gələni edir
Ermənistan polisi paytaxt İrəvana bütün girişləri bağlayıb. ANS PRESS-in “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, polis Erməni Milli Konqresinin bu günə planlaşdırılan mitinqində respublika sakinlərinin iştirakının qarşısını almaq üçün bu addımı atıb.
Konqresdən verilən məlumata görə, yollarda silahlı polislər durub.
"Onlar bildirirlər ki, əməliyyat keçirirlər- oğurlanmış maşınları axtarırlar. Amma nədənsə avtomobillərin baqajlarını yoxlayırlar. Bir neçə yerdə isə insanları mikroavtobusu tərk etməyə məcbur ediblər. Bir sözlə polis sakinləri paytaxta buraxmamaq üçün əlindən gələni edir", deyə Konqresin məlumatına bildirilir.
Qeyd edək ki, bu gün Ermənistan müxalifəti 2008-ci ilin mart hadisələri ilə bağlı olaraq saat 17:00-da İrəvanda Matendaran muzeyinin qüarşısında mitinq keçirməyi planlaşdırıb.
DOSTLARINLA PAYLAŞ: