İrəvanda mitinq keçirilib
11 Dekabr 2010 Şənbə 01:55
Ermənistan müxalifəti Beynəlxalq insan hüquqlarını müdafiə gününü yürüşlə qeyd edib
Ötən gün Beynəlxalq insan hüquqlarını müdafiə günü münasibətilə Erməni Milli Konqresinin təşəbbüsü ilə İrəvanda mitinq keçirilib. Mitinqdən sonra İrəvan küələrində yürüş olub. Aksiya iştirakçıları siyasi məhbusların azadlığa buraxılması tələbləriniin əks olunduğu şüarlar qaldırıblar. Vaxtından əvvəl azadlığa buraxılmış siyüasi məhbuslar Qabriel Qabrielən və Feliks Gevorkən da aksiyaya qoşulub.

İrəvan küçələrində polis əməkdaşlarının sayı çox olsa da, aksiya zamanı heç bir insident qeydə alınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar