İrəvanda məmurların etiraz aksiyası keçirilib
27 Dekabr 2010 Bazar Ertəsi 18:25
300 nəfər hakim Respublika Partiyasının biletlərini cırmağa hazırlaşır
Bu gün İrəvanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat xidmətinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Qeyd edək ki, Ermənistan hökuməti 2011-ci il yanvarın 1-dən sosial təminat xidmətinin fəaliyyətini dayandırır. Nəticədə bu xidmətin 300 əməkdaşı işsiz qalacaq. Bundan bir həftə əvvəl xəbər tutan işçilər əvvəlcə öz ofislərinin qarsınıda aksiya keçirib. Sonra isə prezident iqamətgahına doğru yürüş edərək öz məktublarını prezidentə təqdim edib. Daha sonra isə etiraz aksiyasını hökumət binasının qarşısında davam etdiriblər. Onlar qəbul eldimiş qərarın ləğvini tələb edirlər.
Qeyd edək ki, aksiya iştirakçılarının hamısı Ermənistanın hakim Respublika Partiyasının üzvləridir. Onlar qərar ləğv edilməyəcəyi təqdirdə, partiya biletlərini cıracaqlarını bəyan edib. “Bir gecə ərzində onlara 300 nəfərin Respublika Partiyasına üzv olması lazım oldu, bu gün isə bu 300 nəfər partiyaya lazım deyil, onları küçəyə atırlar”, - deyə xidmətin müfəttişlərndən biri bildirib. Müfəttiş onu da əlavə edib ki, bu 300 nəfərin hər biri özü ilə partiyaya 900 nəfər – öz ailə üzvləri və qohumlarını gətirib.
“Bizi həmişə Respublika Partiyasına səs verməyə məcbur edirdilər, əks halda işdən qovacaqları ilə hədələyirdilər. Bu gün isə bir anda hamını küçəyə atırlar”, - deyə digər müfəttiş əlavə edib.
DOSTLARINLA PAYLAŞ: