İrevanda hökumete qarşı irimiqyaslı aksiyalar başlayıb
30 Noyabr 2013 Şənbə 14:49
Aksiyaçılar hesab edir ki, Ermenistanın “Gömrük İttifaqı”na qoşulması ölkenin işğalı demekdir.
Ermenistanın Paytaxtında yeniden etirazlar baş qaldırıb. Ölke ehalisi Ermenistanın Gömrük İttifaqı”na daxil olmasına qarşı çıxır. Onların fikrince Ermenistan bu ittifaqa qoşulacağı teqdirde öz müsteqilliyini itirecek.
Ermenistan telekanallarının melumatına göre ise dekabrın 2-de bu ölkeye sefer edecek Rusiya prezidentinin seferi öncesi bu cür mitinqler hem de resmi İrevanın öten gün Avropa Birliyi ile emekdaşlıqdan imtina etmesinden ireli gelir.
“Öz müqedderatını teyinetme Milli Birliyi”nin lideri Paruyr Ayrikyanın fikrince, Vilnüsde assosiasiya haqqında sazişi imzalamadan imtina ermeni xalqına qarşı edilen en böyük sehv idi.
“Prezident Serj Sarkisyan sadece olaraq ermeni xalqı üçün irelileyiş imkanlarından imtina etdi”.
Ermenistan prezidentliyine keçmiş namized beyan edib ki, hetta eger Rusiya terefinden tezyiq olsaydı bele, bunu açıq şekilde demek lazım idi, xalq Ermenistanın ne üçün Avropa İttifaqını deyil, Gömrük İttifaqını seçdiyini bilmeli idi. Mitinq zamanı çıxış edenler, esasen “Gömrük İttifaqına” qoşulmağa qarşı çıxış etmeye çağırıblar.
“İrs” partiyasının nümayendesi David Sanasaryanın sözlerine göre, dekabrın 2-de, Rusiya prezidenti Vladimir Putinin Ermenistana sefer edeceyi gün İrevanın merkezinde etiraz aksiyasını keçirmeyi planlaşdıran xüsusi teşebbüs qrupu yaradılıb. Növbeti mitinq dekabrın 6-da olacaq.
DOSTLARINLA PAYLAŞ: