İrəvanda atışma olub
26 Avqust 2010 Cümə Axşamı 01:10
İlkin məlumatlara görə yaralılar var.
Bir qədər əvvəl İrəvanda atışma baş verib. ANS PRESS News.am internet saytına istinadən xəbər verir ki, hadisə yerinə İrəvan polisinin rəisi Nerses Nazaryan və digər polis əməkdaşları gəliblər. Atışmanın baş verdiyi ərazidə yaşayan sakinlər jurnalistlərə məlumat veriblər ki, həyətə maşında bir qrup gənc daxil olub. Bundan sonra atışma başlayıb və qışqırıq səsləri eşidilib.
İlkin məlumatlara görə, hadisə nəticəsində yaralanan var. Amma insidentin səbəbləri və təfərrüatları məlum deyil. Polis əməkdaşları hadisə yerindən 7 giliz aşkarlayıblar. Atışmanın olduğu məhəllədə Arabkir inzibati rayonunun hərbi komissarlığı yerləşir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: