İrəvanda atəş səsləri eşidildi
20 Yanvar 2012 Cümə 16:07
26 yaşlı gənc ofisiantın ona gec qulluq etməsi səbəbindən silaha əl atıb.
Ötən gecə İrəvan şəhərinin idman-barı sayılan “Çempions”da atəş səsləri eşidilib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni polisi hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı Kamo adlı şəxsi saxlayıb.
Kamonun silaha əl atmasına səbəb ona ofisiantın gec yaxınlaşması səbəb olub. O, Tiqran adlı ofisiant və Aşot adlı administratorla mübahisə etdikdən sonra küçəyə çıxaraq “Rek” markalı tapançadan atəş açmağa başlayıb. Tapança polis tərəfindən aşkarlanaraq, götürülüb.
Faktla bağlı cinayət işi qaldırılıb.
DOSTLARINLA PAYLAŞ: