İrəvana yeni mer seçildi
17 Dekabr 2010 Cümə 14:15
Bu, "ArmRosqazprom" şirkətinin rəhbəridir
Ermənistanın paytaxtı İrəvanın yeni meri seçilib. Ağsaqqallar Şurasının bununla bağlı toplantısı bir qədər əvvəl yekunlaşıb. Yeni mer vəzifəsinə "ArmRosqazprom" şirkətinin rəhbəri Karen Karapetyan seçilib. Karapetyanın namizədliyinin lehinə 51 nəfər səs verib.
Qeyd edək ki, İrəvanın meri Qaqik Beqlaryan, mətbuatda onun Ermənistan prezident aparatının protokol şöbəsinin əməkdaşı Aram Kandaqanı vəhşicəsinə döüməsi barədə məlumat yayılandan sonra istefa verib.
DOSTLARINLA PAYLAŞ: