İrəvana giriş bağlanıb
01 Mart 2010 Bazar Ertəsi 17:10
İrəvana giriş bağlanıb. Polis bölmələri vətəndaşların sərbəst hərəkətinə mane olur.
Bu gün səhər saat 8:00-dan Vanadzor-İrəvan, Spitak-İrəvan, Taşir-İrəvan, Alaverdi-İrəvan istiqamətlərində mikroavtobusların hərəkəti dayandırılıb. Ermənistan mətbuatının məlumatına görə, növbəti dəfə müxalifətin mitinq keçirdiyi gün polis bölmələri heç bir əsas olmadan postlarda avtomobilləri saxlayır və bunula da ölkə vətəndaşlarının sərbəst hərəkətinə maneəçilik törədir.

Bu xüsusilə Vandazor-İrəvan magistralında baş verir. Bəzi məlumatlara görə, 2010-cu il 1 mart tarixində sərnişinlərin paytaxta daxil olmasına icazə verilməməsinə dair polisə yuxarıdan əmr daxil olub.

Xatırladaq ki, bu gün saat 17:00-da İrəvanın Matenadaran Əlyazmalar Muzeyi yaxınlığında müxalifət mitinq keçirməyi planlaşdırır. Burada Ermənistan Milli Konqresinin lideri, ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın çıxışı nəzərdə tutulub. Mitinq yürüşlə başa çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar