İrəvan yenidən çalxalanacaq
25 Noyabr 2009 Çərşənbə 20:35
Ermənistan paytaxtında Türkiyə-Ermənistan protokolları və Madrid prinsiplərinə qarşı aksiya keçiriləcək
Ermənistanda siyasi gərginlik səngimək bilmir. Belə ki, Ermənistanın gənclər təşkilatları yenidən etiraz aksiyası keçirməyi planlaşdırır. Nümayiş Türkiyə-Ermənistan protokolları və Madrid prinsiplərinə qarşı yönələcək.
Etiraz akisyasını Ermənistanın “İrs” partiyasının gəncləri təşkil edəcək.
Nümayişə həmçinin "Texuta" qrupu, ictimai təşkilatlar və bəzi deputatlar qatılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: