İrəvan piyadalar şəhərinə çevrilir
15 İyul 2013 Bazar Ertəsi 09:54
Pulsuz qalan ermənilər ictimai nəqliyyatın xidmətindən imtina etməyə məcbur olurlar.
Ermənistanın paytaxtı piyadalar şəhərinə çevrilir. Vəsait çatışmazlığı erməniləri marşurut avtobuslarının xidmətlərindən imtina edərək, piyada gəzməyə məcbur edib. Ermənistandakı nəqliyyat şirkətlərinə avtobuslardan istifadə etmək sərfəli deyil. Bu barədə "Novosti Armeniya" ya müsahibəsində belə şirkətlərdən birinin direktoru məlumat verib.

Anonim qalmaq istəyən mənbənin sözlərinə görə, sərnişin çatışmazlığı, qaz və dizel yanaacağının qiymətinin artması ictimai nəqliyyatın ziyanla işləməsinə səbəb olub. Bir çox marşurut xətləri artıq bağlanıb. Çünki onların ziyanı xeyrindən daha çoxdur.

"Elə Ermənistandada adamların sayı əhəmiyyətli dərəcədə azalıb", deyə şirkət rəhbəri qeyd edib. "İnsanlar sadəcə Ermənsitandan qaçır. Bizim hələ bir balaca ümidimiz var ki, payızda tələbələr gələndə vəziyyətimiz nisbətən düzələcək. amma iqtisadçıların hesablamalarına görə, bu işlərə cüzi təsir edəcək. Ona görə, yaxın vaxtlarda İrəvan dünyanın ilk piyadalar şəhəri olacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar