İrəvan meriyasından müxalifətin mitinqinə konsertli əngəl
16 Fevral 2011 Çərşənbə 02:38
Ermənistan paytaxtının “Azadlıq meydanı”nda bir ay konsert olacaq
İrəvan meriyasının qərarı ilə fevralın 15-dən martın 15-nədək müxalifətin etiraz aksiyaları keirməyi planlaşdırdığı Ermənistan paytaxtının mərkəzindəki “Azadlıq meydanı”nda idman və mədəniyyət tədbirləri keçiriləcək. Bu barədə məlumat İrəvan meriyasının saytında yerləşdirilib.
Qeyd edək ki, müxalif Erməni Miilli Konqresinin əlaqələndiridcisi levon Zurabyan müxalifətin fevralın 18-dən - Ermənistandakı saxta prezident seçkilərinin üçüncü ildönümü ərəfəsində mitinqlər mövsümünü bərpa etmək niyyətində olduğunu hələ yanvarın 28-də bəyan etmişdi. İlk mitinqin “Azadlıq meydanı”nda keçirilməsi planlaşdırılır.
Ermənstanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan 2008-ci il fevralın 19-da keçirilən prezident seçkilərində iştirak etmişdi. Rəsmi nəticələrdə hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın seçkinin qalibi elan edildi. Lakin müxalifət həmin seçkilərin nəticələrini tanımır. Müxalifət 2008-ci ildə fevralın 20-dən uzunmüddətli etiraz aksiyalarına başladı və martın 1-2=də İrəvanda küitləvi iğtişaşlar baş verdi.
DOSTLARINLA PAYLAŞ: