İrəvan meriyasından çıxmayan iş
24 Fevral 2010 Çərşənbə 16:05
Şəhər rəhbərliyi paytaxtda mitinq və yürüşün keçirilməsinə icazə verib
İrəvan şəhər meriyası müxalifətin mitinq keçirməsinə icazə verib. Meriyadan yerli mətbuata verilən məlumata görə, icazə təkcə mitinqə deyil, yürüşün keçirilməsinə verilib.
Aksiya iştirakçıları Maştos prospekti, Myasnikyan, Nalbandyan və Teryan küçələri marşrutu üzrə yürüş edəcəklər. Meriyadan xüsusi olaraq qeyd olunub ki, təşkilatçılara aksiya iştirakçılarının nəqliyyatın hərəkətinə mane olmamaq göstərişi verilib.
Xatırladaq ki, Ermənistan Milli Konqresinin (EMK) mitinqi martın 1-i saat 17:00 radələrində Matendaran Əlyazmalar Muzeyi yaxınlığında keçiriləcək. EMK lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan mitinqdə nitq söyləyəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: