İrəvan meriyası müxalifətin mitinqinə icazə verdi
17 May 2011 Çərşənbə Axşamı 01:38
Mayın 31-də Ermənistan paytaxtının mərkəzində yürüş və mitinq keçiriləcək
İrəvan meriyası Erməni Milli Konqresinin mayın 31-də Azadlıq meydanında mitinq keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Meriyanın mətbuat xidmətindən News.am saytına verilən məlumatına görə, meriyanın səlahiyyətli nümayəndəsi aksiyaya icazə verilməsi barədə qərar qəbul edib.
Beləliklə, mayın 31-də saat 16.00-dan 23.00-dək Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət qüvvələrinin yürüş və mitinqi keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: