İrəvan meriyası müxalifətin aksiyasına icazə vermədi
26 Noyabr 2010 Cümə 01:25
Levon Zurabyan: “Hakimiyyət bizim mitinq müradiətlərimizi ən gülünc, aciz və qanunsuz bəhanələrlə rədd edir”
İrəvan meriyası Erməni Milli Konqresinin (EMK) dekabrın 10-da Azadlıq meydanında mitinq keçirilməsi ilə bağlı müraciətini rədd edib. Şəhər hökuməti bunu meydanda oktyabrın ortalarından suvenir yarmarkasının keçirilməsi ilə əsaslandırıb. Bu məlumatı “Azatutyun” (“Azadlıq”) radiostansiyasına açıqlamasında EMK-nın əlaqələndiricisi Levon Zurabyan verib. Onun sözlərinə bu, İrəvan meriyasının müxalifətə sayca 34-cü rədd cavabıdır.
Levon Zurabyanın bəyan edib ki, dekabrın 10-u Beynəlxalq insan hüquqlarını müdafiə günüdür və həmin gün mitinqin keçirilməsi Ermənistan müxalifəti üçün rəmzi əhəmiyyət daşıyır: “Bundan qorxan hakimiyyət bizim mitinq müradiətlərimizi ən gülünc, aciz və qanunsuz bəhanələrlə rədd edir”.
Ermənistan müxalifəti mitinqin başqa yerdə, o cümlədən, Əlyazmalar İnstitutunun qarşısındakı “Matenadaran” meydanında keçirilib-keçirilməməsi məsələsini müzakirə etməyib. Bununla belə, Levon Zurabyan məlumat verib ki, həmin gün yürüşün keçiriləcəyi dəqiqdir və bu barədə məlumat əvvəlki mitinqdə verilib.
DOSTLARINLA PAYLAŞ: