İrəvan merinə namizəd qətlə yetirilib
06 Aprel 2009 Bazar Ertəsi 12:25
Namizəd silahlı hücum nəticəsində öldürülüb

Ermənistanda Ağsaqqalar Şurasına namizədlərdən biri qətlə yetirilib. Karen Akopyan Ermənistanın Respublikaçılar Partiyasının üzvləri siyahısında 101-ci yerdə idi. Ermənistanın «Aykakan jamanak» qəzetinin məlumatına görə, Akopyan eyni partiyadan olan və partiya siyahısında adı 43-cü yerdə qərarlaşan digər namizəd Artur Sedrakyana qarşı törədilən silahlı hücum nəticəsində öldürülüb. Sedrakyan isə güllə yarası alıb. O, artıq polisə ifadə də verib. Məlumata görə, silahlı basqın mayın 31-də İrəvanın Ağsaqqallar Şurasına keçiriləcək seçki ilə bağlı baş verib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar