İrəvan məhkəməsində “erməni soyqırımı” prosesi
04 Dekabr 2009 Cümə 06:50
Bu gün Aybars Görgülü adlı müəllifin yazısı ilə bağlı məhkəmə iclası olacaq
İrəvan məhkəməsində “erməni soyqırımı” iddialarıın qondarma olduğunu bildirən Qafqaz İnstitutuna qarşı iddia ilə bağlı proses davam edir. İddianı “Ararat” strtaje iaraşdırmalar mərkəzi qaldırıb. İddiada bildirilir ki, Qafqaz İnstitutu tərəfindən yayılan yazıda soyqrımı sözü dırnaqda işlədilib və bununla da “erməni soyqırımı” şübhə altına alınıb. “Ararat”ın narazılığı Aybars Görgülü adlı müəllifin Qafqaz İnstitutu tərəfindən yayılan “Ermənistan-Türkiyə münasibətləri: daimi dalan” yazısında “erməni soyqırımı”nın inkar edilməsidir.
İnstitutun rəhbəri Aleksandr İskandaryan isə iddia ilə razılaşmır. Onun fikrincə, Aybars Görgülü “erməni soyqırımı”nı inkar etməyib, bu iddiaların Ermənistan-Türkiyə münasibətlərinə təsirinə toxunub.
İddia ilə bağlı məhkəmə prosesi bu gün davam etdiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: