İrəvan cinayətlər şəhərinə çevrilib
02 Oktyabr 2009 Cümə 16:10
Ermənistan paytaxtında cinayətkarlığın səviyyəsi iki dəfə artıb
Ermənistan paytaxtı İrəvan tədricən cinayətlər şəhərinə çevrilir. Belə ki, 2009-cu ilin ilk səkkiz ayı ərzində paytaxtda cinayətkarlığın səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 59,9 faiz artıb. Bu barədə cümə axşamı İrəvan Polis İdarəsinin rəisi, general-mayor Nerses Nazaryan məlumat verib.

“Cari ilin 8 ayı ərzində İrəvanda 4696 cinayət hadisəsi qeydə alınıb ki, bu da 2008-ci ilin analoji dövr göstəricisilə müqayisədə 1760 dəfə artıb”, - deyə o bildirib.

Nazaryan qeyd edib ki, bu müddət ərzində paytaxtda törədilən cinayətlər ümumlikdə Ermənistanda törədilən cinayətlərin 49,8 faizini (ötən il 50,4 faiz) təşkil edib.

“Biz anlayırıq ki, cinaytkarlıq günü-gündən artır və polis əhali və cəmiyyətin bu cinayətlərin nəticələrin özlərində hiss etməmələri üçün əlindən gələni edir”, - deyə o bildirib. O vurğulayıb ki, cinayətkarlığın artmasına daha çox dünya maliyyə böhranı və ölkədəki ağır sosial vəziyyətdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar