İrəvan başsız qaldı
08 Dekabr 2010 Çərşənbə 19:50
Şəhər meri Qaqik Beqlaryan istefa verib
İrəvan meri Qaqik Beqlaryan istefa verib. Bu barədə məlumat meriyanın saytında yerləşdirilib. Erməni mətbuatının yazdığına görə, İrəvanın meri Qaqik Beqlaryan Ermənistan prezident aparatının protokol şöbəsinin əməkdaşı Aram Kandaqanı vəhşicəsinə döyüb.
Qeyd edək ki, bir qədər öncə dövlət başçısının mətbuat katibi A. Arzumanyan baş vermiş faktı təsdiqləyib. Bununla belə mətbuat sözçüsü əlavə edib ki, media baş vermiş hadisəsi həddindın artıq şişirdib. Onun sözlərinə görə, nə oğurluq, nə də döyülmə faktı baş verməyib.
Xatırladaq ki, hadisə dekabrın 4-də prezident aparatının rəhbəri Karen Karapetyanın vasitəçiliyi ilə törədilib. Hər şey tenor Plasido Dominqonun dekabrın 3-də olan konserti zamanı başlayıb. Qaqik Beqlaryanın həyat yoldaşı öz rəfiqəsi ilə Ermənistan prezidenti Serj Sarkisyan yanında əyləşib. Protokola görə, Sarkisyanla bərabər ancaq bütün ermənilərin katalikosu, parlament spikeri və baş nazir əyləşə bilər. Bu qaydanın təminatı üçün protokol şöbəsinin əməkdaşı Aram Kandayan merin həyat yoldaşına yaxınlaşaraq, ondan yerini dəyişməsini istəyib. Bu xahişdən inciyən qadın bu barədə ərinə məlumat verib.
Q.Beqlaryan həmin şöbənin "qəbahət işləyən" əməkdaşının cəzalandırılması üçün tədbir görüb. O, prezident aparatının rəhbəri Karen Karapetyandan Kandayan ilə görüş təşkil etməsini istəyib. Nəticədə mer prezident aparatının əməkdaşını "Metaks" zavoduna aparıb və onu döyüb. Bundan sonra A.Kandayan baş vermiş hadisə barədə prezident aparatının sədrinin müavini Mixail Minasyana məlumat verib. O isə öz növbəsində merə zəng edərək hadisəyə görə, məzəmmət edib. Hadisə barədə Serj Sarkisyan da məlumatlandırılıb. O da Karen Karapetyandan izahat tələb edib. Sonuncu səhv etdiyini və istefa ərizəsi yazmağa hazır olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: