İraqın paytaxtı Bağdad şeherinde Kafede partlayış olub
06 Oktyabr 2013 Bazar 02:06
Kamikadze kafeye girerek özünü partladıb.
İraqın paytaxtı Bağdad şəhərindən 80 kilometr aralıdakı Balad şəhərində fəaliyyət göstərən kafelərin birində güclü partlayış baş verib.
ANS PRESS-in Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, kamikadzenin kafelərdən birinə girərək özünü partlatması nəticəsində 12 nəfər həlak olub.
Naməlum silahlıların Mosul şəhərində çəkiliş aparan İraqın "Aş-Şarkiya" telekanalının əməkdaşlarına açdığı atəş nəticəsində də 2 nəfər həlak olub.
Qeyd edək ki, bu ilin sentyabrında baş verən terror hadisələri nəticəsində mindən çox adam həlak olub, 2 mindən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DOSTLARINLA PAYLAŞ: