İraqdakı partlayışda ölənləri sayı 25 nəfərə çatdı
01 Oktyabr 2011 Şənbə 02:58
Terror aktı qurbanlarının sayının artacağı istisna olunmur.
İraqın Babil vilayətinin Əl Hilla şəhərində törədilən partlayışda ölənlərin sayı 25, yaralıların sayı isə 42 nəfərə çatıb. Bunu təhlükəsizlik qüvvələrinin nümayəndəsi deyib. Ölən və yaralananların demək olar ki hamısı dinc sakinlərdir.

Əh Hilla şəhəri Bağdadın 100 kilometrliyində, müqəddəs Kərbəla və Nəcəf şəhərlərinə gedən yolda yerləşir.

Partlayıcı quraşdırılmış maşın Babil məhkəməsi hakiminin qohumunun dəfninə gedənlərin yanında partlayıb. Haikmin oğlu və bir neçə tanınmış şəxs yaralanıb. Hakimin özü və əyalət şurasının sədri Kazım Duman terror aktından bir qədər əvvəl dəfn mərasimini tərk ediblərmiş.

Partalyış nəticəsində bir ençə maşın, ev və mağazaya zərər dəyib. Terror aktı qurbanlarının syı arta bilər. Çünki yaralıların çoxu olduqca ağır vəziyyətdədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar