İraqdakı Amerika həbsxanası bağlanır
17 Sentyabr 2009 Cümə Axşamı 03:30
“Camp Bucca” həbsxanası yaxın günlərdə fəaliyyətini dayandıracaq
İraqın Bəsrə şəhəri yaxınlığıdakı “Camp Bucca” Amerika həbsxanası fəaliyyətini dayandırır. Bu barədə məlumatı “Asuat əl-İraq” agentliyi ABŞ Silahlı Qüvvələrinə istinadən yayıb.
Həbsxananın yaxın sutkalar ərzində bağlanacağı gözlənilir. Həbsxanadakı 180 məhkum İraq hökumətinə təhvil veriləcək. Bundan başqa, “Camp Bucca” həbsxanasının ərazisindəki 50 milyon dollar dəyərində obyekt və avadanlıqlar da İraq tərəfinə çatacaq.
DOSTLARINLA PAYLAŞ: