İraqdabu gün növbətiteror aktı törədilib
14 Fevral 2010 Bazar 16:10
Yaralanan 11 nəfərin yoldan keçən dinc sakinlər olduqları bildirilir
İraqda bu gün növbəti teror aktı törədilib. Terorçular bu dəfə martın 7-də keçriləcək parlament skeçkilərində iştirak edəcək siyasətçiləri hədəf götürüb.
İraqın paytaxtı Bağdadda martın yeddisində keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak edəcək partiyaların ofisi qabağında bir neçə partlayış törədilib. Yerli polisin verdiyi məlumata görə, partlayışlar müxtəlif ərazilərdə 5 partiyanın binası qarşında törədilib.
Partlayışlar nəticəsində ölən olmasa da, ümumilikdə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İraq polisindən alınan məlumata görə, partlayışlar bir neçə siyasətçinin evi qarşısında da törədilib. Hadisə nəticəsində partiya üzvlərindən xəsarət alanlar olmasa da, yaralanan 11 nəfərin yoldan keçən dinc sakinlər olduqları bildirilir.
Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin terror aktlarının “Əl-qaidə”nin silahlıları tərəfindən törədildiyi ehtimal edilir. Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, partlayışların törədilməsinə əsas səbəb ötən gün parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürən sünnü siyasətçilərin apellyasiya şikayətlərinin qəbul edilməməsi olub. Buna səbəb isə bu siyasətçilərin vaxtı ilə Səddam Hüseynin liderlik etdiyi Baas partiyası ilə əlaqədə şübhəli bilinmələridir.
Qeyd edək ki, gələn ay keçiriləcək parlament seçkilərində 275 yer uğrunda 6 min 172 namizəd mübarizə aparacaq. Seçkilərin gedişatını isə 160 beynəlxalq müşahidəçi izləyəcək. Bu 2003-cü ildə Səddam Hüseynin dövründə baş tutan parlament seçkilərindən sonra keçiriləcək sayca ikinci çoxpartiyalı seçki prosesi olacaq.
Xatırladaq ki, ötən gün “Əl-qaidə” terror təşkilatının iraqli lideri Əbu Ömər-Bağdadi internet vasitəsilə çıxış edərək ölkədə keçiriləcək parlament seçkilərinə mane olacağını demişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: