İraqda üç ərəb şeyxi oğurlandı
04 Dekabr 2010 Şənbə 02:55
Oğurlananlar Əbu-Dabidə hakim ailənin üzvləridirlər
İraqda naməlum şəxslər Birləşmiş Ərəb Əmirliklərinin üç şeyxini oğurlayıblar. Anbar əyaləti hüquq-mühafizə orqanlarının məlumatına görə, oğurlananların hər üçü Abu Dabidə hakim Ən-Nahayan ailəsinin üzvlədir. Onlarla bərabər İraqdakı Əl bu-Soda tayfasının liderlərindən olan şeyx Həmid Abdulla Carbua da oğurlanıb.
Hadisə İraqın səhrasında baş verib. Şeyxlər həmin ərazidə ova gedirlərmiş. Onların oğurlanmasında “Əl Qaidə ” terror təşkilatının əlinin olub-olmadığı məlum deyil. Bəzi məlumatlara görə, hadisəni törədənlər şeyx Carbuanın ailəsi ilə əlaqə saxlayaraq, 1 milyon dollar fidyə tələb ediblər.
DOSTLARINLA PAYLAŞ: