Iraqda üç amerikalı əsgər həlak olub
18 İyul 2009 Şənbə 11:45
Onlar döyüşçülərin ABŞ hərbi bazasını atəşə tutması nəticəsində həlak olublar

İraqın cənubunda döyüşçülərin ABŞ hərbi bazasını atəşə tutması nəticəsində üç Amerika əsgəri həlak olub. RBC-nın məlumatına görə, bu barədə Pentaqonun bəyənatında deyilir. Məlumata görə, döyüşçülər atışma zamanı qumbaraatan və minatandan istifadə ediblər. Hücum edənlərin xəsarət almaları barədə məlumat yoxdur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar