İraqda terror qurbanlarının sayı 58 nəfərə çatıb
30 Mart 2011 Çərşənbə 12:05
Hadisə ölkənin Tikrit şəhərində törədilib.
İraqın Tikrit şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə həkimlərə istinadən “Associated Press” məlumat yayıb.

“France-Presse” agentliyinin xəstəxana nümayəndələrinə istinadən verdiyi xəbərdə isə ölənlərin sayı 58 nəfər göstərilib.

Qeyd edək ki, martın 29-da İranın Tikrit şəhərində silahlı şəxslər iki partlayış törədiblər və bir sıra insanları girov götürüblər. Yerli vaxtla saat 13.00 radələrində Tikrit şəhər admisitrasiyasının binasının qarşısında kamikadze partlayıcı qurğunu işə salaraq özünü partladıb. Partlayışdan dərhal sonra isə hərbi geyimdə olan bir qrup silahlı binaya daxil olub. İlk partlayışdan 20 dəqiqə sonra isə binanın qarşısında avtomobilə yerləşdirilmiş ikinci qurğu partladılıb.

İkinci partlayış nəticəsində həlak olanlar arasında İraq polisinin polkovniki, eləcə də “Reuters” agentliyi ilə əməkdaşlıq edən jurnalist Sabah Əl-Bazi (Sabah al-Bazee) və şəhər şurasının 3 əməkdaşı da olub.

Məlumata görə, binaya daxil olan silahlıların götürdükləri girovların sayı haqda dəqiq məlumat verilmir. Silahlıları 5 saat ərzində binadan çıxarmaq mümkün olmayıb. Öz növbəsində İraq hakimiyyəti terror aktının "Əl-Qaidə"nin törətdiyini bəyan edib.

Xatırladaq ki, Tikrit Səddam mərhum İraq prezidenti Səddam Hüseynin doğma şəhəridir, Bağdadın 140 km şimal-qərbdə yerləşir. Şəhərdə təxminən 30 min insan yaşayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar