İraqda son bir sutka ərzində hücum nəticəsində 9 polis işçisi həlak olub.
Hüquq mühafizə orqanlarında verilən məlumata görə, dünən Bağdadda 6, bu gün isə 2 polis işçisi həlak olub. Bir polis işçisi isə Mosulda dünyasını dəyişib.
Dünən isə İraqın şimalında əsasən türkmənlərin yaşadığı Kərkük şəhərində şiə məscidində partlayış nəticəsində 72 şiə türkmən ölüb. Bu, son bir ildə İraqda ən qanlı terror sayılır. Hakimiyyət partlayışın «Əl-Qaidə» tərəfindən törədildiyini düşünür. /ANS PRESS/