İraqda qətlə yetirilən zəvvarların sayı 54 nəfərə çatıb
01 Fevral 2010 Bazar Ertəsi 22:10
İraqda qətlə yetirilən zəvvarların sayı 54 nəfərə çatıb. Partlayış nəticəsində 117 nəfər yaralanıb.
İraqın paytaxtı Bağdadda qadın kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb. Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 117 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xatırladaq ki, insident bu gün saat 11:45 radələrində şiə zəvvarların Muhəmməd peyğəmbərin (s.ə) nəvəsi İmam Hüseynin (ə) 40-cı yas gününü qeyd etmək üçün Bağdaddan Kərbala şəhərinə yürüşü zamanı baş verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar