İraqda qan su yerinə axır
14 Yanvar 2010 Cümə Axşamı 22:40
Əl-Nəcəf şəhərində baş verən partlayışlar ən azı 15 nəfərin ölümü ilə nəticələnib
İraqın cənubunda yerləşən Əl-Nəcəf şəhərində bir-birinin ardınca baş verən partlayışlar nəticəsində ən azı 15 nəfər ölüb, 25 iraqlı isə yaralanıb. İraqın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, martın 7-nə təyin edilən parlament seçkiləri öncəsi ölkədə terror aktlarının artması təhlükəsi var.
"Bağdadın 160 kilometrliyində yerləşən Nəcəfdə eyni zamanda üç partlayıcı qurğu işə düşüb. Partlayışlardan ikisi bazarlarda baş verib. Hadisə nəticəsində təsadüfən oradan keçənlər və satıcılar zərər çəkib", - deyə DİN-dən bildiriblər.
İnsidentdən xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib. Partlayışların baş verdiyi yerlərə gedən yollar bağlanıb. Üçüncü bomba isə məscid yaxınlığında dayanan avtomobilə yerləşdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: