İraqda nazir müavininə qarşı sui-qəsd olub
04 Oktyabr 2010 Bazar Ertəsi 15:50
İraqda nazir müavininə qarşı sui-qəsd olub. Onun cangüdəni ölüb.
İraqın paytaxtı Bağdadda elm və texnologiya nazirinin müavini Fuad Əl-Musəviyə qarşı sui-qəsd olub.
Məlumata görə, nazir müavininin olduğu avtomobil karvanının yolunda partlayış törədilib. Yol kənarına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində nazir müavininin cangüdəni ölüb, 7 nəfər isə xəsarət alıb. Onlardan üçünün hadisə baş verən zaman yaxınlıqda olan dinc sakinlər olduğu bildirilib.
F. Əl-Musəvi isə xəsarət almayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: